AZ

"Azərbaycan helikopterləri diqqətlə yoxlayırdı" -Şahramanyan

"Hərbi əməliyyatlar başlamazdan əvvəl, o cümlədən əməliyyatlar zamanı bəzi transferlər Rusiya sülhməramlı helikopterləri tərəfindən həyata keçirilib".

Redaktor.az xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan deyib. 

O qeyd edib ki, Ermənistandan Qarabağa və ya əksinə hər uçuş Azərbaycan tərəfinin ciddi nəzarəti altında olub: "Azərbaycan tərəfi helikopterləri diqqətlə yoxlayırdı, hətta başqa insanların daşınmadığından əmin olurdular. Bu şərtlər altında kiminsə gizli şəkildə köçürülməsi praktik olaraq mümkün deyildi və belə bir ssenari reallığa çevrilə bilməzdi".

Seçilən
26
3
redaktor.az

4Mənbələr