Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bayram günləri ilə əlaqədar əməkdaşlara mükafat ayrılması ilə bağlı əmr imzalanıb.
"Bakuinfo"nun əldə etdiyi məlumata görə, universitetin rektoru Ədalət Muradovun imzaladığı əmrlə əməkdaşlara 500 manat məbləğində mükafat nəzərdə tutulub.
Məlumata görə, mükafatın ödənilməsi universitetin daxili maliyyə resursları hesabına həyata keçiriləcək. Hazırda mükafatın verilməsi ilə bağlı prosesin icra mərhələsində olduğu, lakin ödənişlərin hələ edilmədiyi bildirilir.
Qeyd olunub ki, mükafatın hansı kateqoriyalara və ya əmək göstəricilərinə əsasən müəyyənləşdirildiyi barədə rəsmi açıqlama verilməyib.
Vüsal