Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh Avrasiya İqtisadi İttifaqı çərçivəsində də yeni imkanlar açır.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.
“Yadınızdadırsa, avqustun 8-dən sonra bəziləri deyirdilər ki, bu, Rusiyaya qarşı yönəlmiş anti-Rusiya qərarıdır, mən isə dedim ki, yox, Ermənistan-Rusiya münasibətləri üçün də yeni imkanlar açılır. 8 avqust tarixli razılaşmalar nəticəsində indi müstəqil Ermənistanın və Rusiyanın tarixində heç vaxt olmayan bir şey baş verdi: Ermənistan və Rusiya arasında dəmir yolu əlaqəsi var!”, - o qeyd edib.