AZ

Bu il hotellərdə qalan əcnəbi sayında 30 faizə yaxın azalma var – Ceyhun Aşurov

Bu il hotellərdə qalan əcnəbi sayında 30 faizə yaxın azalma var – Ceyhun Aşurov

“Yola salmaqda olduğumuz 2025-ci il Azərbaycanın turizm sektoru üçün sınaq ili oldu. Xüsusən xarici bazarlarla işləyən şirkətlər və hotellər bunu daha çox hiss etdilər”.

Bu sözləri Bakıda keçirilən “İllik turizm dəyərləndirilməsi” adlı tədbirdə “Skal İnternational Baku” turizm peşəkarları klubunun prezidenti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, rəsmi statistika ölkəyə gələn əcnəbi sayının 2%-dək azaldığını qeyd etsə də, turizm sahəsinin təmsilçisiləri hotellərdə qalan əcnəbi sayında 30%-ə yaxın azalma müşahidə edib.

Mütəxəssisin fikrincə, buna baxmayaraq, olkə daxilində turizm daha dinamik olmaqda davam edir. Bu ilin 9 ayı üzrə göstəricilərə görə turizm üzrə ixrac idxalı təxminən 320 mln. ABŞ dolları üstələyib.

“Lakin regionlarda mövsümilik yenə də ciddi hiss olunmaqdadır”, - deyə Ceyhun Aşurov diqqətə çatdırıb.

FƏXRİYYƏ

Seçilən
124
afn.az

1Mənbələr