AZ

Təltif olunanlar arasında Gülçöhrə Məmmədova da var

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər.

Moderator.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Təltif edilənlər arasında sözügedən universitetin rektoru Gülçöhrə Məmmədova da var.

O, “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Sərəncam Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi ilə əlaqədar imzalanıb.

Gülçöhrə Məmmədova 2006-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
10
moderator.az

10Mənbələr