AZ

Rusiyada Trampın xüsusi nümayəndəsinə bir yeşik kürü hədiyyə veriblər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyadan qayıdarkən özü ilə bir yeşik qırmızı kürü aparıb.

AzPost bildirir ki, bu barədə Xabarovsk Regional Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.

Vitkoff Moskva restoranlarından birində nahar edərkən Xabarovskdan alınmış kürüdən dadıb və çox xoşuna gəlib.

Nəticədə xüsusi elçi Vitkoffa bir yeşik kürü hədiyyə olunub.

Ağ Evə qayıdan Vitkoff  öz növbəsində prezident Trampa Xabarovskdan gətirilmiş qırmızı kürü yeşiyini hədiyyə edib.

 

AzPost.az

Seçilən
102
1
azpost.info

2Mənbələr