AZ

Natiq Məmmədli: Definformasiyaya qarşı ictimai immunitet ümumtürk kontekstində daha da güclənəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 18 dekabr, AZƏRTAC

Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə strategiyası müzakirə olunur. Bu tədbir daha öncə Bakıda keçirilən Türk dövlətlərinin birgə forumunun yeni müstəvidə davamıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Türkiyənin paytaxtında keçirilən “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun əhəmiyyətindən bəhs edərkən səsləndirib.

Onun sözlərinə görə, dezinfomasiya dövlətlərin daxili həyatını və imicini təhdid edir.

Azərbaycanın bu sahədə strategiyasının və təcrübəsinin olduğunu vurğulayan N. Məmmədli, ilk növbədə, hüquq müstəvisində mənfi tendensiyaya qarşı ciddi addımların atıldığını qeyd edib. O, ölkəmizdə media peşəkarlığı səviyyəsində dezinformasiyaya qarşı ciddi yanaşmanın olduğunu ifadə edib. Cəmiyyətin yalan məlumatın təsiri altına düşməməsi üçün media savadlılığının səviyyəsinin yüksəldilməsinin əhəmiyyətindən danışan N. Məmmədli Azərbaycanda keçirilən “Media savadlılığı həftəsinə” diqqət çəkib. Azərbaycanın təcrübəsinin Ankarada keçirilən mötəbər platforma iştirakçılarına çatdırılacağını bildirən icraçı direktorun müavini diqqətə çatdırıb ki, hər bir türk dövlətinin dezinformasiya ilə mübarizədə öz yanaşması mövcud olsa da, üst-üstə düşən mövqelər kifayət qədər çoxdur. ”Bu ortaq məqamlara əsaslanaraq ölkələrimizin birgə fəaliyyətlərini daha da intesivləşdirə bilərik. Ümidvaram ki, definformasiyaya qarşı ictimai immunitet ümumtürk kontekstində daha da güclənəcək”, - deyə o qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
4
azertag.az

5Mənbələr