Azertag saytına istinadən ain.az xəbər verir.
London, 18 dekabr, AZƏRTAC
Böyük Britaniyada hər üç vətəndaşdan birinin emosional dəstək, ünsiyyət və ya sosial qarşılıqlı əlaqə məqsədilə süni intellekt texnologiyalarından istifadə etdiyi açıqlanıb.
AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, respondentlərin təxminən onda biri çatbotlar kimi süni intellekt sistemlərindən emosional məqsədlərlə hər həftə istifadə edir, 4 faizi isə bunu gündəlik əsasda edir. Ölkənin hökumətə bağlı qurumu olan Süni İntellekt Təhlükəsizliyi İnstitutunun hesabatında bildirilir ki, ən çox istifadə olunan texnologiyalar sırasında “ChatGPT” və “Amazon Alexa” kimi ümumi təyinatlı süni intellekt köməkçiləri yer alır.
Hesabatda vurğulanır ki, insanlar getdikcə emosional dəstək və sosial ünsiyyət üçün süni intellekt sistemlərinə üz tuturlar. Bununla belə, müsbət təcrübələrin mövcudluğuna baxmayaraq, son dövrlərdə qeydə alınan mənfi hallar bu sahədə risklərin və mümkün zərərlərin daha dərindən araşdırılmasını, eləcə də təhlükəsiz və faydalı istifadənin təmin edilməsi üçün müvafiq qoruyucu mexanizmlərin yaradılmasını zəruri edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.