AZ

Dolların qiymətindəki artım ölkəyə idxal olunan məhsulları bahalaşdırır İqtisadçı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dolların qiymətindəki artım ölkəyə idxal olunan məhsulların bahalaşmasına gətirib çıxarır. Eyni zamanda, xarici kreditlərin dəyərinin yüksəlməsi və inflyasiya təzyiqlərinin artması kimi iqtisadi nəticələrə səbəb ola bilər”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, ölkənin iqtisadi siyasətindən, beynəlxalq bazar dəyişikliklərindən və daxili maliyyə faktorlarından asılı olaraq valyuta məzənnələrinin dalğalanması qaçınılmazdır. Bu dalğalanmalar həm fərdi vəsait sahiblərinin gündəlik həyatına, həm də biznes sektorunun maliyyə planlamasına birbaşa təsir göstərir. Xüsusilə ABŞ dolları kimi qlobal rezerv valyutanın qiymətindəki dəyişikliklər, həm idxalçı, həm də ixracatçı ölkələr üçün ciddi nəticələr doğura bilər.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
525.az

1Mənbələr