AZ

Paşinyanın Rusiyadan xahişi: Azərbaycana gedən dəmir yolunu bərpa edin

Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə gedən hissələrini qısa zamanda bərpa etməyi xahiş edib.

"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə danışıb:

“Mən rusiyalı həmkarlarımdan xahiş etdim ki, Yerasaxdan (Arazdəyən - red.) Naxçıvan sərhədinə (Azərbaycan – İ.F.) və Axurik hissəsindən (Qərbi Ermənistan – ) Türkiyə sərhədinə qədər olan dəmir yolu hissəsinin təcili olaraq tam bərpasını öz üzərinə götürsünlər”.

"Cənubi Qafqaz Dəmir Yolu" (Rusiya Dəmir Yollarının tam mülkiyyətində olan törəmə şirkəti) 2008-ci ildə "Rusiya Dəmir Yolları" ilə respublika arasında bağlanmış konsessiya müqaviləsi əsasında Ermənistanın dəmir yolu nəqliyyat sistemini idarə edir.

Paşinyanın sözlərinə görə, o, yaxın vaxtlarda İcevandan Qazaxa dəmir yolu hissəsi ilə bağlı Rusiya tərəfinə oxşar tələblə müraciət edəcək.

"Bu hissənin də təcili bərpasına ehtiyac var. Ümid edirəm ki, rusiyalı həmkarlarımız bu tələbi tez bir zamanda reallığa çevirəcəklər", - hökumət başçısı bildirib.

Azərbaycanı Naxçıvanla birləşdirəcək Trampın Beynəlxalq Sülh və Rifah marşrutu (TRIPP) nəqliyyat şəbəkəsi layihəsində Rusiyanın mümkün iştirakı barədə danışan Paşinyan bildirib:

“TRİPP layihəsi ilə bağlı bəyannamədə aydın şəkildə qeyd olunur ki, bu, erməni-amerikan layihəsidir və üçüncü tərəfin iştirakı yalnız ikitərəfli Ermənistan-ABŞ formatında müzakirə oluna bilər”.

Avqustun 8-də Ermənistan və Azərbaycan Vaşinqtonda iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişi paraflayıblar. Həmin gün Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev bəyannamə imzaladılar ki, digər məsələlərlə yanaşı, Ermənistanda TRIPP layihəsinin çərçivəsini hazırlamaq üçün Ermənistan ABŞ və bəzi üçüncü tərəflərlə işləyəcək.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, erməni-amerikan şirkəti Ermənistanın cənubunda Azərbaycanın materik hissəsini Naxçıvan Muxtar Respublikasının eksklavı ilə birləşdirəcək 42 kilometrlik yola nəzarət etməkdənsə, TRIPP çərçivəsində biznesi idarə edəcək.


Telegram kanalımız
Seçilən
98
yenisabah.az

1Mənbələr