Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə bu gün brifinqdə bildirib.
Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini təsdiqləyib.