AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda məlumat verib. O diqqətə çatdırıb ki, hotellərdə gecələyən qonaqların sayı isə 174 min nəfərdir:
"Bu göstərici keçən illə müqayisədə 10% artım deməkdir. Apardığımız müxtəlif təbliğat-təşviqat işləri nəticəsində Şahdağ dünya üzrə qış turizm mərkəzinə çevrilməkdədir".
Sədrin sözlərinə görə, hazırda "Şahdağ" Turizm Mərkəzinin hədəfi Çin bazarıdır:
"Çindən turistlərin Azərbaycana, Şahdağa cəlb olunmaları istiqamətində müvafiq tədbirlər görülür".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta