AZ

Uşaq geyimləri və oyuncaqları ilə bağlı standartlar tətbiq OLUNACAQ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanuna dəyişikliklər layihəsi hazırlanır".

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədəli "Uşaqların zərərli informasiyadan qorunması" mövzusundakı brifinqdə deyib.

Komitə rəsmisi bildirib ki, beynəlxalq təcrübə araşdırılıb və onun Azərbaycanda tətbiqi istiqamətində işlər görülür:

"İstəyirik ki, qanun gələcəkdə uşaqlarla bağlı oyuncaqları, geyimləri, əşyaları tənzimləsin. Bunun üçün tərəfimizdən qanuna dəyişikliklər hazırlanıb. Məsələn, küçədə gəzəndə görürük ki, paltarın üzərində cinayətkarlığın təbliği var. Bunun qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər şərtlənir. Bunla bağlı Rusiyada yaxşı təcrübə var. Həmçinin digər Avropa ölkələri də sözügedən istiqamətdə vacib addımlar atır".

O bildirib ki, son vaxtlar uşaqlarda internet asılılığı yaranıb:

"Qadınlar ev işləri ilə məşğul olarkən uşaqlara müxtəlif mobil tətbiqlərə girişə imkan yaradır. Bunun da mənfi tərəfləri özünü göstərir. Uşaqlar ünsiyyətdən çəkinirlər. Bu isə onların sosiallaşmasında problemlər yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
redaktor.az

3Mənbələr