AZ

Amerikalı jurnalist ABŞ ın Ukrayna ilə bağlı planlarını proqnozlaşdırıb

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Seymur Herş: “ABŞ Ukraynanın yenidən qurulmasından əldə edilən gəlirin 50 faizini almaq niyyətindədir”

“ABŞ gəlirin yarısını Ukraynanın yenidən qurulmasında iştirak edən şirkətlərdən almaq istəyir”. AYNA.AZ xəbər verir ki, bu sözləri amerikalı jurnalist, “Pulitzer” mükafatı laureatı Seymur Herş “Substack” platformasındakı bloq yazısında yazıb.

Jurnalistin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ABŞ-ın Ukraynanın yenidən qurulmasında iştirak edən bütün şirkətlərdən mənfəətin 50 faizini almasını tələb edirlər.

Herş həmçinin qeyd edib ki, podratçıların seçilməsi Uitkoff və Kuşnerin rəhbərlik etdiyi yeni bir təşkilatın məsuliyyətini daşıyacaq.

Bundan əlavə, jurnalist Ukrayna münaqişəsinin həlli prosesində ABŞ ordu katibi Daniel Driskolun rolunu xüsusi qeyd edib.

Qərb bundan əvvəl Ukraynadakı münaqişənin vurduğu dağıntıların, eləcə də 10 il ərzində sonrakı iqtisadi bərpa xərclərinin 524 milyard dollar olacağını proqnozlaşdırmışdı.

Daha əvvəl "The Wall Street Journal" qəzeti yazıb ki, Rusiya, ABŞ və Ukraynanın münaqişənin həlli şərtləri barədə razılığa gəlməsi üçün aylarla vaxt lazım ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
ayna.az

1Mənbələr