AZ

“ABŞ Donbasla bağlı kompromis axtarır” –ZELENSKİ

“ABŞ Donbasla bağlı kompromis axtarır“.

AzPost UNİAN-a istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski bildirib.

O deyib ki, Ukrayna ordusunun Donbasdan çıxması rusların əsas şərtidir: “Lakin Ukrayna üçün belə bir tələb qəbuledilməzdir, buna görə ABŞ hər iki tərəf üçün kompromis variant axtarır”.

Prezident qeyd edib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ -a yola düşüb, avropalıların danışıqlara qoşulacağı da mümkündür.

Zelenski bildirib ki, Ukrayna ordusunun sayı ən azı 800 min olmalıdır: “Ukrayna ordusunun silahlanması və gücləndirilməsi məsələsi müzakirə olunur”.

AzPost.az

Seçilən
48
1
azpost.info

10Mənbələr