AZ

Kenan Yıldıza 5 illik təklif

“Yuventus” hücumçusu Kenan Yıldızla müqavilənin müddətini uzatmaq niyyətindədir.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçuya müddəti 5 il olan yeni müqavilə təklif etməyə hazırdır. Əməkhaqqı illik 5 milyon avro təşkil edəcək və müqavilədə əlavə pul bonusları da nəzərdə tutulacaq.

Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.

Türkiyəli futbolçu cari mövsümdə 21 oyunda iştirak edərək, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək

Arauxo “Barselona”ya qayıtmağa hazırlaşır

PSJ çempion oldu - “Barselona” və “Bavariya”nın uğurunu təkrarladı

“Çelsi”də ciddi itki

Suarezin “İnter Mayami”dəki gələcəyinə aydınlıq gəlib

Seçilən
93
1
apasport.az

2Mənbələr