“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud əmr imzalayıb.
Əmrə əsasən, Tərlan Yəhyayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl AYNA-nın Parklanmanın Təşkili Departamentinin direktoru postunda çalışıb.