AZ

Ermənistanın formalaşması məhz Azərbaycanın hesabına olacaq - Rəy

Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycandan neft çənlərindən ibarət yüklü qatar Gürcüstandan ərazisindən Ermənistana daxil olur. Azərbaycan və Ermənistan arasında "Yekun sülh" müqaviləsi olmadan belə bir yükdaşımanın tətbiqi Ermənistanın "ürəyinə toxunmazmı". Bu Ermənistanı sülh müqaviləsində arxayınlaşdıra bİlərmi?

Bu istiqamətdə Hafta.az-a danışan siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, bu, əldə olunan razılaşmaya əsasən tətbiq olunur və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir.

Ekspert vurğulayır ki, Ermənistan Rusiyadan neft məhsullarını azaldır:

"Bununla da Rusiyanın seçkilərdə təzyiqlərini neytrallaşdırmış olacaq. Həmçinin Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın əlini gücləndirir. Artıq Azərbaycanla sülh olduğunun bunun əyani şəkildə təqdim edəcək".

M.Əsədullazadə hessb edir ki, Azərbaycanın Ermənistana neft məhsullarını göndərməsi, Moskva və Tehranda "yanğına" səbəb olacaq:

"Neft məhsullarının ixracının Ermənistana həyata keçirilməsi İranın da mövqeyini zəiflətmək istiqamətində mühüm addımdır. Azərbaycan Ermənistanı Rusiya və İranın buxovundan çıxarır. İndi real və müstəqil Ermənistan formalaşması məhz Azərbaycanın hesabına olacaq. Ermənilərin bunu qiymətləndirməsi mümkün deyil. Paşinyan real və praktiki addımlar atır. Azərbaycan və Türkiyə artıq Rusiyanın Ermənistanda təxribatlarını önləmələyir. Bununla bağlı Paşinyan daxildə təmizləmə siyasəti aparır. Azərbaycan çalışır ki, Ermənistanda Paşinyan hakimiyyətdə qalsın. Həmçinin, Türkiyə ilə Ermənistan arasında yaxın aylarda sərhədlərin açılması gözlənilir".

Tahirə Qafarlı

Seçilən
96
hafta.az

1Mənbələr