AZ

Bakı-Quba yolunda yanan Siyəzən İH məxsus avtomobil Elnarə Akimovanın istifadəsində imiş?

Xəbər verdiyimiz kimi, Bakı–Quba yolunda Siyəzən Rayon İcra Hakimiyyətinə məxsus 53-AC-390 dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobil alışaraq yanıb.

Redaksiyamıza daxil olan məlumatda bildirilib ki, avtomobil Milli Məclisin deputatı, 46 saylı Sumqayıt beşinci seçki dairəsinin millət vəkili Elnarə Akimovanın ailəsinin istifadəsində imiş. Məlumata əsasən, yanğın baş verən zaman avtomobili millət vəkilinin həyat yoldaşı idarə edirmiş.

Millət vəkili NOCOMMENT.az -a açıqlamasında məlumatı təkzib edib. Siyəzən Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab verilməyib.

Videonu təqdim edirik:

Seçilən
19
1
nocomment.az

2Mənbələr