AZ

Yol Polisi sürücü və piyadalara MÜRACİƏT ETDİ

Modern.az xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə və piyadalara müraciətində qeyd olunur.

"Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir ömrü yarıda qoya bilər. Sürücülər, sükan arxasında olduğunuz hər saniyə bir həyatın məsuliyyətini daşıyırsınız. Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın, uşaqlara, yaşlılara, xüsusilə gecə saatlarında və məhdud görünmə şəraitində piyadalara qarşı daha diqqətli olun. Piyadalar, təhlükəsizlik, ilk növbədə, sizin davranışınızdan başlayır. Yolu yalnız müəyyən edilmiş yerlərdən keçin, işıqforun tələblərinə əməl edin və unutmayın ki, tələskənliyiniz həyatınız bahasına başa gələ bilər. Unutmayaq ki, bir anlıq ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”,- deyə müraciətdə bildirilir.

Seçilən
28
13
Ajans.az

10Mənbələr