AZ

"Barselona"nın 34 yaşlı futbolçusu və xanımı qətlə yetirildi

Ekvador "Barselona"sının müdafiəçisi Mario Pineyda faciəvi şəkildə həyatını itirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu cinayətkarların hücumu nəticəsində ölüb.

Ekvador mətbuatı onun həyat yoldaşının da öldüyünü, anasının isə yaralandığını bildirib.

Pineyda 2016-cı ildən "Barselona"da çıxış edirdi. O, sözügedən klubla iki dəfə Ekvador çempionu olub, həmçinin ölkə kubokunu qazanıb.

Kamil Xudiyev

Seçilən
128
fanat.az

1Mənbələr