Belarus lideri Aleksandr Lukaşenko özünü, problemlərini gələcək nəsillərə ötürmək istəməyən "vəzifədən gedən prezident” kimi təsvir edib.
Publika.az xəbər verir ki, Lukaşenko bunu “Newsmax TV”-yə verdiyi müsahibədə deyib.
“Mən vəzifədən gedən prezidentəm, bunu tez-tez deyirəm və vəzifəm dövründə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm”, - deyə Lukaşenko bildirib.
O, Minsk və Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istədiyini vurğulayıb və ABŞ prezidenti Donald Trampı 2020-ci ildə ABŞ və digər Qərb ölkələri Belarusda hökumət əleyhinə etirazları dəstəkləyərkən yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.