AZ

"Biz gürcü xalqını dəstəkləyirik, lakin Gürcüstan hökumətini yox" - Kaya Kallas

“Biz gürcü xalqını dəstəkləyirik, lakin Gürcüstan hökumətini yox”.

Missiya.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Avropa Şurasının sammiti başlamazdan əvvəl jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni yanlış istiqamətə aparır:

“Bu yol Avropa İttifaqına doğru getmir. Buna görə də gürcü xalqına ünvanladığımız güclü mesaj budur ki, biz onların yanındayıq, lakin hökumət yanlış addımlar atdığı müddətdə namizəd ölkə statusu prosesində irəliləyiş olmayacaq,” – deyə Kallas vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr