AZ

Makronun arvadının başı dərddə: 300-dən çox qadın onu buna görə məhkəməyə verdi

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Paris teatrında seksist dildən istifadə etidiyinə görə məhkəməyə veriləcək. Fransanın birinci xanımının feminist etirazçıları "fahişələr" adlandırmasından sonra 300-dən çox qadın şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Məlumata görə, Fransanın birinci xanımı Bricit Makronun Parisdəki teatr tamaşasında feminist etirazçıları "axmaq qancıqlar" adlandırması lentə alındıqdan sonra o, qadın hüquqları qrupları da daxil olmaqla bir neçə təşkilat tərəfindən hüquqi etirazla üzləşib.

Bu həftə 300-dən çox qadın Fransa prezidentinin həyat yoldaşına qarşı ictimai təhqir iddiası ilə şikayət ərizəsi verib.

Ötən həftə çəkilmiş videoda Bricit Makronun Parisdəki "Folies Bergère" teatrında səhnə arxasında əvvəllər təcavüzdə ittiham olunan fransız aktyor və komediyaçı Ari Abittan ilə söhbəti göstərilir. Birinci xanım onun şousuna qızı və bir neçə dostu ilə birlikdə qatılıb. Feminist fəallar "Abittan, təcavüzkar!" qışqıraraq şounu pozublar.

Seçilən
127
publika.az

1Mənbələr