AZ

YAP Kəlbəcər Rayon Təşkilatının Ərazi Partiya Təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər Rayon Təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ-nin “55 nömrəli Yol İstismarı” MMC üzrə Ərazi Partiya Təşkilatında görüş keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Görüşdə YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov və “55 nömrəli Yol İstismarı” MMC-nin direktoru, YAP Kəlbəcər rayon Ərazi Partiya təşkilatının sədri  Firdovsi Qafarov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımızın parçalanmaq təhlükəsindən xilas edilməsi, eləcə də yol-nəqliyyat kompleksinin inkişafı sahəsində misilsiz xidmətlərindən ətraflı bəhs etmişlər.

Qeyd olunmuşdur ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə yol infrastrukturu sürətlə inkişaf edir, müasir avtomobil yolları, körpülər və tunellər inşa olunur.

Xüsusilə vurğulanmışdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir yol və tunel layihələri uğurla icra edilir. Dünyanın ən iri tunel layihələrindən biri olan, uzunluğu 11 kilometrdən artıq Murovdağ tunelinin növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Çıxışlarda görülən bütün bu işlərin həyata keçirilməsində yol təsərrüfatı işçilərinin və partiya fəallarının fəal iştirak etdiyi qeyd edilmişdir.

Tədbirin sonunda “55 nömrəli Yol İstismarı” MMC-nin direktoru Qafarov Firdovsi Cümşüd oğlu və müəssisənin kollektivi Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Seçilən
104
1
yeniazerbaycan.com

2Mənbələr