“Mən hesab etmirəm ki, Putinin iqtisadiyyatı əvvəlki miqdarda müharibəni davam etdirə bilər”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, əgər Putin son vaxtların ən böyük “diplomatik dalğasını” ləngidərsə, ABŞ Rusiyaya qarşı daha çox təzyiq göstərəcək.
Zelenski əlavə edib ki, müharibənin davam etməsi məsələsi ilk növbədə Ukraynanın tərəfdaşlarından və sanksiya təzyiqindən asılıdır:
“Əgər sülh planı razılaşdırılsa, Rusiyanın dondurulmuş vəsaitləri Ukraynanın bərpasına yönəldiləcək”.
Dövlət başçısı qeyd edir ki, söhbət 200 milyard avrodan gedir və qərar artıq “masadadır”.
O, tərəfdaşlarla bu vəsaitlərin Ukraynaya reparasiya olaraq ayrılması barədə razılığa gəlmək üçün danışıqlar aparacaq.
“Biz hamımız Rusiyanın mövqeyini bilirik. Onlar Donbası tamamilə işğal etmək və bizdən çıxmağımızı istəyirlər. Bizim mövqeyimiz açıqdır: biz belə addımlara hazır deyilik və ABŞ kompromis axtarır. Komandamız həftə sonu amerikalılarla görüşəcək, bəlkə avropalılar da iştirak edəcək.
Bizim üçün prinsipial məsələ ABŞ Konqresində təhlükəsizlik zəmanətlərinin qəbul olunmasıdır. Bu hüquqi baxımdan öhdəlik daşıyan zəmanətlər olmalıdır. Biz bilməliyik ki, bu, NATO-nun 5-ci maddəsinə bənzər olacaq və tərəfdaşlar Rusiyanın təkrar aqressiyasına necə reaksiya verəcəklər.
ABŞ-la razılaşdıq ki, Ukraynanın silahlandırılması və ordunun gücləndirilməsi barədə detalları sənəd tamamlanana qədər ictimaiyyətlə bölüşməyək. Orduya gəldikdə isə onun sayı ən azı 800 min nəfər olmalıdır və belə qalmalıdır.
Hazırda razılaşdırılmış və yekun sülh planı yoxdur. Düşünürəm ki, bütün sənədlər yekunlaşdırıldıqdan sonra biz Trampla əlaqə saxlaya biləcəyik”, deyə o yekunlaşdırıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta