“Red Bull” komandasının üzvü, Formula-1 üzrə dördqat dünya çempionu Maks Verstappen 2026-cı ildən etibarən yarış nömrəsini dəyişəcəyini təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı pilot bildirib ki, yeni mövsümdən etibarən 33 nömrəsi ilə çıxış etməyəcək:
“Bu, 33 olmayacaq. Mənim sevimli nömrəm həmişə 3 olub, bir nömrə istisna olmaqla. İndi onu dəyişmək imkanımız var və mən 3 nömrəsini seçəcəyəm. 33 yaxşı idi, amma mən iki üçdən daha çox bir üçə üstünlük verirəm. Həmişə demişəm ki, bu nömrə ikiqat xoşbəxtliyi simvolizə edir, lakin açığı, Formula-1-də onsuz da kifayət qədər şanslı olmuşam”, – deyə Verstappen "Viaplay" telekanalına açıqlamasında bildirib.
Qeyd edək ki, niderlandlı sürücü Formula-1 karyerasının böyük hissəsində 33 nömrəsi ilə yarışıb. Dünya çempionu olduqdan sonra isə titulun sahibi kimi 1 nömrəni seçib və 2025-ci il mövsümündə də ötən ilin qalibi statusunda həmin nömrə ilə çıxış edib.