AZ

Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu başlayıb

Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə forumu başlayıb.

Aznews.az xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən ikigünlük forum Türk dünyasında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, dezinformasiyaya qarşı birgə yanaşmaların formalaşdırılmasına və media sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunub.

Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasını təmsil edən nümayəndələr iştirak edirlər.

Tədbirin əsas məqsədi türk dövlətləri arasında effektiv kommunikasiya mühitinin yaradılması və dezinformasiya ilə mübarizə sahəsində institusional əməkdaşlığın gücləndirilməsidir.

Seçilən
13
1
aznews.az

3Mənbələr