AZ

Honkonqda Yeni il atəşfəşanlığı olmayacaq

Bakı, 18 dekabr, AZƏRTAC

Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin rəhbərliyi Viktoriya limanında ənənəvi Yeni il atəşfəşanlığını ləğv etmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin Turizm Şurasından məlumat verilib.

Bildirilib ki, bu il Yeni il şənliyi atəşfəşanlıqsız olacaq və alternativ tədbir keçiriləcək.

Atəşfəşanlığın ləğv edilməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb. Lakin bunun noyabr ayında azı 160 nəfərin ölümünə səbəb olan yanğın hadisəsindən sonra qəbul olunduğu ehtimal edilir.

Turizm Şurası atəşfəşanlıq əvəzinə Honkonqun mərkəzi rayonundakı piyada zonasında digər tədbirin keçiriləcəyini açıqlayıb.

 

Seçilən
140
1
azertag.az

2Mənbələr