AZ

İslamabad hava limanında saxta viza ilə səyahət cəhdinin qarşısı alınıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

İslamabad hava limanında saxta viza ilə xaricə səyahət cəhdinin qarşısı alınıb.

AZƏRTAC “Associated Press of Pakistan” (APP) informasiya agentliyinə istinadla xəbər verir ki, Əbrar Əhməd adlı sərnişin iş vizası ilə Cənubi Afrikaya səyahət etməyə çalışıb. İmmiqrasiya rəsmiləşdirilməsi zamanı onun səyahət sənədlərində şübhəli məqamlar aşkar edilib.

Pakistanın Federal Təhqiqat Agentliyinin İmmiqrasiya Xidmətindən bildirilib ki, ilkin araşdırmadan sonra sərnişin təyyarədən düşürülüb və sonrakı hüquqi tədbirlər üçün İslamabaddakı İnsan Alverinə Qarşı Mübarizə Dairəsinə təhvil verilib.

Saxta vizanın mənbəyini və cəhddə iştirak edən hər hansı vasitəçini müəyyənləşdirmək üçün əlavə araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
1
azertag.az

2Mənbələr