AZ

Məşhur müğənniyə qan xərçəngi diaqnozu qoyuldu - Almaniyada müalicə olunacaq

Türkiyənin arabesk janrının sevilən ifaçılarından olan Canseverə qan xərçəngi diaqnozu qoyulub.

BAKU.WS xəbər verir ki, o bu barədə özü sosial şəbəkədə məlumat yayıb.

"Mənə qan xərçəngi diaqnozu qoyuldu. Zəng edib və yazanlara ayrı-ayrılıqda cavab verə bilmirəm. Amma hər şey yaxşı olacaq. Almaniyadayam, həkimlərim çox yaxşıdır. Cümə günü kimyaterapiyaya başlayacağam. Hamınızı çox sevirəm, dualarınızı gözləyirəm" -deyə, o qeyd edib.

Sənətçi səhhəti ilə bağlı müalicələrə başladığı üçün bir müddət sənətinə fasilə verəcək.

Ətraflı videoda:

Seçilən
138
far.az

1Mənbələr