AZ

® “Bir ekosistemi”ndən yeni ödəniş həlli: “m10” rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır

Müştərilərinə daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını asanlaşdıran “Bir ekosistemi” daha bir yenilik təqdim edir. Belə ki, ekosistemin tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat imkanları yaradan “m10” tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti “Mastercard” ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, “m10” istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.

Yeni “m10” rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin mövcud “m10” elektron pulqabısı ilə eynidir. Artıq “m10”da qeydiyyatdan və üztanıma identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində aktivləşdirə bilərlər. Kartdan istifadəyə başlamaq üçün tətbiqin əsas ekranında olan “Kartı Oyat” düyməsinə klikləmək kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən dərhal ödəniş edə bilərlər.

“m10” rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda (NFC) ödəniş etmək mümkündür. Kartı “Apple Wallet” və “Google Wallet” mobil cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək olar.

Onlayn ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı xaricdə alış-veriş kimi bütün imkanlar “m10” rəqəmsal kartı vasitəsilə əlçatandır. Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, “m10” cüzdanının digər mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər, “m10” cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə də və “BakıKart” ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.

Xatırladaq ki, “m10” ötən aylarda Amsterdam şəhərində keçirilən “Money 20/20 Europe” forumunda iştirak edərək, ödəniş sektorunun qlobal texnologiya şirkəti “Mastercard” ilə strateji əməkdaşlığa başladığını elan edib. Bu strateji əməkdaşlığın gətirdiyi üstünlüklər çərçivəsində, “m10” rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.

Ətraflı məlumat üçün link: www.b-b.az/bmdc

“Bir ekosistemi” ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Seçilən
70
20
azertag.az

10Mənbələr