AZ

Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılıb öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.

Heftelik.az Qafqazinfo-ya istiandən xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin 1960-cı il təvəllüdlü sakini Musa Həsən oğlu Həsənov 10-12 metr hündürlüyü olan qayadan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
40
2
heftelik.az

3Mənbələr