AZ

Ömər Kocaman: Günümüzdə informasiya strateji bir gücdür

BAKI, 18 dekabr. TELEQRAF

"Dezinformasiya, yalan xəbərlər hər ötən gün daha da qarışıq və gərgin hal alır".

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Ömer Kocaman Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, təsirli bir mübarizə üçün birlikdə yanaşma vacibdir.

"Günümüzdə informasiya strateji bir gücdür. Türk Dövlətlərinin ortaq tarixi informasiya sahəsində də birgə əməkdaşlığa şərait yaradır. Bu forum keçmişdən bu günə olan birlikdə irəliləmənin bir davamıdır. Ortaq işlərimizin bir faydası olacağına inanıram", - o əlavə edib.

Seçilən
71
teleqraf.com

1Mənbələr