AZ

ABŞ da sorğu: Vətəndaşların yarıdan çoxu Trampın səlahiyyətlərini aşdığını bildirir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-da sorğuda iştirak edən sakinlərin yarıdan çoxu dövlət başçısı Donald Trampın səlahiyyətlərini aşdığına inanır.

Bizimyol.info xəbər verir ki, bu, Quinnipiac Universiteti tərəfindən aparılan sorğu ilə müəyyən edilib.

Respondentlərin 54%-nin fikrincə, Tramp qərar qəbuletmədə "həddindən artıq irəli gedir". Respondentlərin 37%-i prezidentin səlahiyyətləri çərçivəsində hərəkət etdiyinə inanır. Sorğuda iştirak edən şəxslərin 7%-i Trampın səlahiyyətlərindən kifayət qədər istifadə etmədiyinə inanır.

Sorğu 11-15 dekabr tarixləri arasında aparılıb. Sorğu ölkə üzrə 1035 qeydiyyatdan keçmiş seçici arasında aparılıb və səhv ehtimalı təxminən 3,9 faiz təşkil edib.

Daha əvvəl "Reuters" və "Ipsos"un birgə keçirdikləri sorğusu göstərib ki, Trampın amerikalılar arasında bəyənmə reytinqi 39%-dir. Bu rəqəm 20 yanvarda andiçmə mərasimindən bəri ən aşağı səviyyəyə yaxındır. Eləcə də, respondentlərin 59%-i Trampın prezident kimi fəaliyyətini bəyənməyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
bizimyol.info

1Mənbələr