AZ

Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılaraq həyatını itirdi

Gədəbəydə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində baş verib.

Kənd sakini 1960-cı il təvəllüdlü M.Həsənov kənd ərazisində qayalıq ərazidən yıxılaraq vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
107
8
bizim.media

10Mənbələr