AZ

Rusiya gecə saatlarında Sumı və Çerkası şəhərlərinə dronlarla zərbə endirib

Rusiya PUA-ları bu gecə Ukraynanın Çerkası və Sumı bölgələrinə hücum edib. İnfrastruktura ziyan dəyib və ən azı bir nəfər xəsarət alıb.

Herbiand.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumat yayıb.

Sumı istiqamətində iki hücum PUA-sı ilə həmlə olub.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Qriqorovun “Telegram” kanalında yazdığına görə, Kovpakovski rayonunda mülki infrastruktura ziyan dəyib, yaşayış və qeyri-yaşayış binalarının pəncərələri sındırılıb. İlkin məlumatlara görə, itki yoxdur. Ən azı bir nəfər xəsarət alıb.

Çerkası bölgəsində regional mərkəzə zərbə endirilib. İnfrastruktur obyektlərinə ziyan dəyib. Çerkası hərbi administrasiyanın rəhbəri İqor Taburets hücumun təfərrüatlarını açıqlamasa da, yerli media Çerkasıda partlayışlar və şəhərdə elektrik kəsintiləri barədə məlumat verib.

Seçilən
89
herbiand.az

1Mənbələr