AZ

Cənab İlham Əliyevin nə qədər həssas və kövrək bir qəlbə malik olduğuna dəfələrlə şahidlik etmişik

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2025-ci il "Konstitusiya və Suverenlik ili" münasibətilə cənab İlham Əliyev tərəfindən irəli sürülən və Azərbaycan dövlətçilik tarixinin ən böyük amnistiya təşəbbüsü əhatə dairəsinə görə bənzərsizdir. Amnistiyanın iyirmi min nəfərdən çox şəxsə şamil ediləcəyi gözlənilir. İyirmi min şəxs ən azından bir o qədər də ailənin, yüz minlərlə məhbus yaxınlarının sevinci və gələcək ümidi deməkdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm təşəbbüsləri bu gün də eyni siyasi xəttin davamı kimi uğurla həyata keçirilir”.Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Cənab İlham Əliyevin nə qədər həssas və kövrək bir qəlbə, ruha malik olduğuna dəfələrlə şahidlik etmişik:“Dövlətimizin və xalqımızın düşmənlərinə, xəyanətkarlara qarşı amansız olduğu qədər, xalqına qarşı bir o qədər mərhəmətlidir cənab Prezident”. Elçin Ağamalı bildirib ki, həyata keçiriləcək amnistiya ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir edəcəkdir:“Humanizm təşəbbüsləri bütün cəmiyyətlərdə, dövlətlərdə və beynəlxalq təşkilatlarda hər zaman müsbət amil kimi qiymətləndirilir və dəyərləndirilir. Azərbaycan dövlətinin gücü və qüdrəti artdıqca istər beynəlxalq, istərsə də daxili siyasət təşəbbüslərinin miqyası da böyüyür. Son amnistiya təşəbbüsünün miqyası da dövlətimizin gücünün göstəricisidir”.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
newscenter.az

2Mənbələr