AZ

131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"

Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax Peşə Liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işinin bəzi detalları məlum olub.

Publika.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub.

İttihama görə, Xudaverdi Xudaverdiyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Qazax Peşə Liseyinin direktoru vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə etməklə qanunsuz əməllərə yol verib.

Belə ki, o, 21 yanvar 2020-ci il tarixli əmrlə sözügedən liseyin direktoru vəzifəsinə təyin edilərək 14 noyabr 2022-ci il tarixədək həmin vəzifədə çalışıb. Xudaverdi Xudaverdiyevə həvalə edilmiş təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərindən qulluq mənafeyinə zidd şəkildə istifadə edib. Təqsirləndirilən şəxs vahid niyyət və tamah məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdirməklə dövlət vəsaitlərinin qanunsuz ödənilməsinə nail olub.

İstintaqla müəyyən edilib ki, Xudaverdi Xudaverdiyev 2020/2021-ci tədris ili üzrə faktiki olaraq 21 dərs saatı tədris etdiyi halda, rəsmi sənədlərdə öz adına 460 əlavə dərs saatı rəsmiləşdirib və bu əsasla 2 847.40 manat məbləğində pul vəsaitinin öz adına açılmış bank kartına köçürülməsini təmin edib. Həmin vəsaiti sonradan bankomatlar vasitəsilə çıxararaq şəxsi ehtiyaclarına sərf edib.

Seçilən
42
12
publika.az

10Mənbələr