AZ

Qarabağ separatçılarının sonuncu lideri istintaqa CƏLB OLUNUB

Qarabağ separatçılarının sonuncu lideri Samvel Şahramanyan istintaqa cəlb olunub.

Modern.az xəbər verir ki,vəkili Roman Yeritsyan onun hazırda Ermənistan İstintaq Komitəsi tərəfindən dindirildiyini bildirib.

Vəkil bildirib ki, növbəti dindirmə 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlıdır.

Vəkil bildirib ki, Şahramanyan 2025-ci ilin iyun və iyul aylarında bu iş üzrə artıq 12 dəfə dindirilib.

Seçilən
107
modern.az

1Mənbələr