AZ

I Liqa: "Səbail" Rahid Əmirquliyevin komandasına qarşı, "Mingəçevir"in səfər sınağı

Azərbaycan I Liqasında XI tur davam edir. 

Fanat.Az xəbər verir ki, dünən start verən tur çərçivəsində bu gün daha 2 matç baş tutacaq. 

Əvvəlcə "Mingəçevir" səfərdə "Difai" ilə qarşılaşacaq. Hazırda 4-cü pillədə qərarlaşan Ramiz Məmmədovun komandası ilk "üçlüy"ə dönmək üçün Ağsuda üç xal qazanmaq əzmindədir. 

Günün ikinci matçında isə "Səbail" ilə "Şahdağ Qusar" üz-üzə gələcəklər. "Şəfa"dan üç xal geri qalan Adil Şükürovun komandası Şamaxıda təşkil olunacaq oyundan qalib dönə bilsə, şərikli liderliyə yiyələnəcək. Rahid Əmirqiliyev isə hazırki komandası ilə sabiq komandasından xal almağa çalışacaq. 

Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyunlarında "Baku Sportinq" "Şimal"ı 1:0, MOİK isə "Zaqatala"nı 3:1 hesabı ilə yenib.

Tura sabah keçiriləcək "Cəbrayıl" - "Şəfa" matçı ilə  yekun vurulacaq. 

Azərbaycan I Liqası
XI tur
18 dekabr
 

13:00. “Difai” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov. 
Hakim-inspektor: Zöhrab Qədiyev. 
AFFA nümayəndəsi: Eldar Məmmədov. 
Ağsu. Şəhər stadionu. 

14:30. “Şahdağ Qusar” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Vüqar Bayramov, Nazim Abdullayev. 
Hakim-inspektor: Ceyhun Haşımov. 
AFFA nümayəndəsi: Mahal Məmmədov. 
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

Seçilən
106
fanat.az

1Mənbələr