Optimist ssenariyə görə, tikinti işlərinə 2030-cu ildə başlana bilər.
QHT.az xəbər verir ki, alimlər müasir texnologiyalar hesabına Mərakeşi İspaniya ilə birləşdirəcək Cəbəllütariq boğazı altı dəmir yolu tunelinin inşasının mümkün olduğunu bildirirlər. İspaniya hökumətinin sifarişi ilə aparılan araşdırmaya əsasən, layihənin planının 2026-cı ilin sonuna qədər hazırlanması, 2027-ci ildə isə təsdiqlənməsi nəzərdə tutulur. Tunelin ümumi uzunluğu təxminən 42 km olacaq, bunun 28 km-i su altında yerləşəcək və maksimum dərinlik 470 metri keçəcək.

Cəbəllütariq boğazı altındakı tunelin təxmini marşrutu
Layihə Avrotunel modelinə əsaslanacaq və sərnişinlə yük daşınması cəmi 30 dəqiqə çəkəcək. Təxmini dəyəri 15 milyard avro olan tunelin tikintisinə 2030-cu ildə başlanması, əsas işlərin isə 2035–2040-cı illərdə aparılması planlaşdırılır.
R.İmanov