AZ

Avtomobil qaz xəttinə çırpıldı – 8 minə yaxın abonent qazsız qaldı

Ordubad rayonunda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.

Busaat.az xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub.

Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.

Hazırda bərpa işləri aparılır. İşlər yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Seçilən
44
8
busaat.az

10Mənbələr