AZ

Aİ sammiti bir hadisə ilə başladı: Slovakiya nümayəndə heyətinin təyyarəsi zədələndi

Brüssel hava limanında baş verən insident Slovakiya nümayəndə heyətinin Aİ sammitində iştirakını çətinləşdirib.

QHT.az xəbər verir ki, baş nazir Robert Fikonun Brüsselə gətirildiyi təyyarə hava limanında rampalı nəqliyyat vasitəsinin dəyməsi nəticəsində ciddi zədələnib və uçuş üçün yararsız hala düşüb. Fiko hadisəni X sosial şəbəkəsində paylaşaraq sammitin “çətin başlanğıc”la başladığını bildirib.

Təyyarənin təmir müddəti ilə bağlı əlavə məlumat verilməyib.

 

R.İmanov

Seçilən
78
qht.az

1Mənbələr