Bakı. Trend:
Dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiyavasitələrinin növlərinin sayı təxminən 4 dəfə artıb.
Trend xəbərverir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müaviniRəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyivə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüzivDildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanıbildirib.
Onun sözlərinə görə, reabilitasiya xidmətləri ilə təmin olunanşəxslərin illik sayı 10 dəfədən çox artıb, dövlət büdcəsi hesabınatəqdim edilən reabilitasiya vasitələrinin növlərinin sayı təxminən4 dəfə, həmin vasitələrin illik təminat sayı isə 3 dəfəyə yaxınyüksəlib.
"Bu gün qalib Azərbaycanın inkişaf strategiyasının əsasxüsusiyyətlərindən biri inklüziv inkişafın təmin edilməsidir.
Mediada inklüzivliyə zidd terminlərə də tez-tez rast gəlinir. Busəbəbdən mediada inklüziv kommunikasiya məsələsi hüquqi diqqət vəməsuliyyət tələb edir. Bu gün keçirilən seminar da məhz mediadainklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlıbiliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələrbarədə aydınlıq yaradılmasına xidmət edəcək".