AZ

25 ölkədən 150 nümayəndə vərəmə qarşı birgə fəaliyyət planını müzakirə etdi - FOTOLAR

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı açıqlamasında bildirib ki, 16 dekabr 2025-ci il tarixində vərəmdən zərər çəkmiş insanların qlobal şəbəkəsi olan TBPeople-in təşəbbüsü ilə beynəlxalq onlayn görüş keçirilib.

QHT.az xəbər verir ki, görüş TBPeople, dünyanın 25 ölkəsindən olan ictimai təşkilatlar, Stop TB Partnership, Vərəm üzrə Koordinasiya Mərkəzi və Qlobal Fondun Vəkillər Şəbəkəsi (GFAN) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. “2026-cı il üçün güclərin birləşdirilməsi: fəaliyyət üçün icmaların ləyaqətinin və səsinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə 150-yə yaxın icma nümayəndəsi ingilis, fransız və rus dillərində iştirak edərək 2025-ci ilin nəticələrini dəyərləndirib və 2026-cı il üçün əsas prioritetləri müəyyənləşdirib:

"Tədbirdə Stop TB Partnership təşkilatının icraçı direktoru Lucica Ditiu çıxış edərək qlobal vərəm əleyhinə hərəkatda icmaların rolunun əhəmiyyətini vurğulayıb. Həmçinin TB HUB – TBPeople Şəbəkəsi və Qlobal Fondun Vəkillər Şəbəkəsi (GFAN) tərəfindən vəkillik fəaliyyətinin gücləndirilməsi, əməkdaşlıq mexanizmləri və effektiv strategiyalarla bağlı təqdimatlar keçirilib. Müzakirələr zamanı vərəmdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi sahəsində əldə olunan irəliləyişlər qiymətləndirilib, icma əsaslı monitorinqin (CLM), stiqmanın azaldılmasının və davamlı vərəm xidmətlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, milli və submilli səviyyələrdə icmalara birbaşa investisiyaların təşviqi üzrə öhdəliklər ifadə olunub".

Çingiz Ramazanlı vurğulayıb ki, görüşdə ölkə nümayəndələri 2026-cı il üçün əsas prioritetlər kimi hamı üçün diaqnostikaya çıxışın təmin edilməsini, müasir müalicə rejimlərinin əlçatanlığını, psixoloji və sosial dəstəyin gücləndirilməsini, vərəmli uşaqlar üçün xidmətlərin inkişaf etdirilməsini, icmaların rolunun artırılmasını və vərəm proqramlarının ədalətli beynəlxalq maliyyələşdirilməsini müəyyənləşdiriblər:

"Bununla yanaşı, səhiyyə qurumları, nazirliklər, parlament üzvləri və digər əsas tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlığın vacibliyi qeyd olunub. Müzakirələrin mərkəzində ləyaqət, insan hüquqları və vərəmdən zərər çəkmiş insanların real səsi dayanıb. Bir daha təsdiq etdik ki, icmalar sadəcə iştirakçı deyil, vərəmə qarşı cavab tədbirlərini formalaşdıran liderlərdir”.

Sonda tədbirin uğurla təşkili və keçirilməsinə görə Olya Klimenkoya və bütün iştirakçılara təşəkkür edilib.

Seçilən
43
qht.az

1Mənbələr