Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindənolan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsizistifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsiçərçivəsində təlimlər davam edir.
Məqsəd şagird və müəllimlər arasında internetdən düzgün istifadəvərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılmasıvə onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişafetdirilməsidir.
Layihə çərçivəsində növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tamorta məktəbində keçirilib.
Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird vəmüəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdədavranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları vəməsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdimolunub.
İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraqreal vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib.Təlimə, həmçinin Şəki rayonunun Baltalı - kəndinin müəllim vəşagirdləri də qatılıblar.
Növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsiplanlaşdırılır.
Xatırladaq ki, layihə bu günədək Qusar və Lənkəran rayonlarınınkənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.