“İnter Mayami” hücumçusu Luis Suaresin müqaviləsinin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı uruqvaylı futbolçunun yeni sözləşməsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. “İnter Mayami” və Luis Suares arasında sözləşmənin müddəti 2025-ci ilin sonuna qədər idi.
Qeyd edək ki, Suares 2024-cü ildə “İnter Mayami”yə keçib. Bu mövsüm o, klubda 32 oyuna çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə edib.