AZ

AzMİU-da Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin yeni binası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)yaradılmasının 50 illik yubleyi ərəfəsində universitetin Əcnəbivətəndaşların hazırlığı fakültəsi üçün nəzərdə tutulan yeni tədrisbinasının istifadəyə verilib.

Açılış mərasimində AzMİU-nun rəhbərliyi, Əcnəbi vətəndaşlarınhazırlığı fakültəsinin professor-müəllim heyəti, tələbələr vəuniversitetin müxtəlif struktur bölmələrinin nümayəndələri iştirakediblər.

Yeni bina müasir təhsil standartlarına uyğun şəkildə inşaolunub. Zirzəmi, iki mərtəbə və 30 otaqdan ibarət binanın ümumisahəsi 1702 kv/m təşkil edir. Enerji səmərəliliyi prinsipi əsasındalayihələndirilən binanın tikintisi zamanı ekoloji təmizmateriallardan istifadə olunub. Müasir auditoriyalar,ixtisaslaşdırılmış dərs otaqları, kompüter sinifləri və inzibatisahələrlə təchiz edilib. Geniş auditoriyalar, dil laboratoriyaları,emalatxana, mətbəə və istirahət zonaları tələbələrin rahatlığı vəeffektiv təhsil alması üçün müasir texniki avadanlıqlarla təminedilib, həmçinin beynəlxalq təhsil mühitinin tələblərinə uyğundizayn olunub.

Burada yüksək sürətli Wi-Fi şəbəkəsi, “ağıllı lövhələr”,multimedia proyektorları quraşdırılıb.

Bina, həmçinin əlilliyi olan tələbələrin rahat təhsil almasıüçün inklüziv elementlər və adaptiv infrastruktur vasitələri ilətəmin edilib.

Son illərdə AzMİU-da tədris infrastrukturunun yenilənməsiistiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir,auditoriya və laboratoriyalar müasir standartlara uyğun şəkildətəchiz olunur. Əcnəbi vətəndaşların hazırlığı fakültəsi üçün yenibinanın istifadəyə verilməsi də bu siyasətin məntiqi davamıdır vəuniversitetin beynəlxalq tələbələr üçün təhsil imkanlarınıəhəmiyyətli dərəcədə genişləndirir.

Yeni binanın fakültənin fəaliyyətini keyfiyyətcə yeni mərhələyəyüksəldəcəyi gözlənilir.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Seçilən
65
7
az.trend.az

8Mənbələr