ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Qusar və İmişli rayonlarından olan vətəndaşlarla görüşüb.
Görüş zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, enerji sərfiyyatı üzrə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik təsərrüfatının yenilənməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, elektrik xəttinin mühafizə zolağı, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.